Ana Səhifə  
Ana Səhifə
Xidmətlərimiz
Çatdırılma
Əlaqə

Ziya Ekspress

“Ziya Ekspress” şirkəti 2003-cü il İyun ayından rəsmi olaraq “XƏZRİ EKSPRESS” adı ilə fəaliyyətə başlamışdır. Əsas fəaliyyət növü olaraq Azərbaycanda və xarici ölkələrdə nəşr olunan dövrü nəşrlərin və mətbuatın abunəçilərə sifariş əsasında çatdırılması olmuşdur. Şirkət qısa zaman ərzində Bakı şəhəri üzrə şərti olaraq 32 sahədə abunəçilərə öz xidmətlərini göstərməyə başlamışdır.

2007-ci ilin fevral ayından etibarən şirkəti hüquqi adı dəyişdirilmiş “ZİYA EKSPRESS” MMC olaraq fəaliyyətini davam etdirmişdir. Şirkətin adının dəyişdirilməsi ilə yanaşı onun strukturunda və fəaliyyət sahəsində yeniliklər edilmişdir. Belə ki, şirkətimiz sürətli poçt daşınmaları xidməti üzrə korparativ müştərilərə və fiziki şəxslərə öz xidmətini təklif etmişdir. Hal hazırda şirkət iki fəaliyyət növü ilə, dövrə mətbuatın yayımı və sürətli poçt daşınmaları xidməti üzrə sifarişçilərə xidmət göstərir.
“Ziya Ekspress” şirkəti Bakı və Abşeron bölgəsində aparıcı şirkətlərdən biridir. Biznesin intellektual prinsiplərini rəhbər tutaraq fəaliyyətini uğurla davam etdirən şirkətimiz fəaliyyət müddəti ərzində qeyd olunan xidmət sahələri ilə ictimai məsuliyyət anlıyışına sadiq qalaraq sifarişçilərin inamını qazanmışdır. Belə ki, artıq keçən dövr ərzində şirkətimiz dövlət müəssisələri, iri şirkətlər və əhalinin maraqlı təbəqələri ilə əməkdaşlıq edir.


 

 


Ziya Şirkətlər Qrupu © 2012